...

Özbəkistan Prezidenti Özbəkistan və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq haqqında müqaviləni təsdiqləyib

Siyasət Materials 9 Noyabr 2009 13:53 (UTC +04:00)
Özbəkistan Prezidenti İslam Kərimov Özbəkistan və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq haqqında hökumətlərarası müqaviləni öz qərarı ilə təsdiqləyib.
Özbəkistan Prezidenti Özbəkistan və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq haqqında müqaviləni təsdiqləyib

Özbəkistan, Daşkənd, 09 noyabr / Trend , müxbir D.Əzizov /

Özbəkistan Prezidenti İslam Kərimov Özbəkistan və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq haqqında hökumətlərarası müqaviləni qərarı ilə təsdiqləyib.

"Beynəlxalq müqavilənin təsdiq edilməsi haqqında" qərar Özbəkistanın KİV-də dərc edilib.

Özbəkistan və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq haqqında müqavilə iki ölkənin müdafiə idarələrinin rəhbərləri tərəfindən Özbəkistanın müdafiə naziri Kabul Berdiyevin bu ilin mart ayında Bakıya rəsmi səfəri zamanı imzalanıb.

Avqustun sonunda sənəd Özbəkistan Parlamenti tərəfindən təsdiqlənib.

Qərara əsasən, Özbəkistan Prezidenti respublikanın XİN-nə Azərbaycanın diplomatik idarəsinə beynəlxalq müqavilənin qüvvəyə minməsi üçün dövlətdaxili prosedurların icrası haqqında müvafiq bildirişlərin göndərilməsini tapşırıb.

Qərarının yerinə yetirilməsinə nəzarəti Prezident Respublikanın Baş naziri Şəvkət Miziyayevə və Milli Təhlükəsizlik Şurasının katibi Murad Atayevə tapşırıb.

Xəbər lenti

Xəbər lenti