...

Azərbaycan Prezidenti İlham Əliyev "Aqo" monitorinq qrupu sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 25 Noyabr 2009 18:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü “Aqo” monitorinq qrupunun sədri, Rumıniyanın Avropa Şurası yanında daimi nümayəndəsi Stelian Stoyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyev "Aqo" monitorinq qrupu sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü "Aqo" monitorinq qrupunun sədri, Rumıniyanın Avropa Şurası yanında daimi nümayəndəsi Stelian Stoyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Stelian Stoyan monitorinq qrupu üzvlərinin ölkəmizə zəngin səfər proqramının həyata keçirilməsinə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Prezident İlham Əliyevin Avropa Şurasındakı məhsuldar fəaliyyətini xatırlayan qonaq təmsil etdiyi təşkilatın Azərbaycana yaxın münasibət bəslədiyini vurğulayıb. Avropa Şurasının növbəti illər üçün də Azərbaycanla əməkdaşlığının intensivləşdirilməsi imkanlarını araşdırmağı zəruri hesab etdiyini bildirən Stelian Stoyan AŞ-yə üzv olan ölkələrin bir-birilərinə dəstək vermələrinin vacibliyini qeyd edib.

"Aqo" monitorinq qrupunun Azərbaycana geniş proqramla səfər etməsinin önəmini qeyd edən Prezident İlham Əliyev bildirib ki, bu səfər ölkəmizlə yaxından tanış olmaq, insanlarla görüşüb müxtəlif fikirlər eşitmək, Azərbaycan haqqında həqiqətləri daha dolğun şəkildə öyrənmək üçün yaxşı imkan yaradır.

Görüşdə Azərbaycan ilə Avropa Şurasının "Aqo" monitorinq qrupu arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti