...

Azərbaycan Prezidenti Şamaxıda Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub

Siyasət Materials 26 Noyabr 2009 15:31 (UTC +04:00)
Noyabrın 26-da Prezident İlham Əliyev Şamaxıya səfəri çərçivəsində Seyid Əzim Şirvani adına Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə də tanış olub, AzərTAc dövlət agentliyi məlumat yayıb.
Azərbaycan Prezidenti Şamaxıda Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub

Noyabrın 26-da Prezident İlham Əliyev Şamaxıya səfəri çərçivəsində Seyid Əzim Şirvani adına Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə də tanış olub, AzərTAc dövlət agentliyi məlumat yayıb.

Məlumat verilib ki, əsası 1945-ci ildə qoyulmuş muzeyin yenidən qurulmasına 2008-ci ilin avqustunda başlanılıb və cari ilin sentyabrında başa çatdırılıb. İkimərtəbəli muzeyin ümumi sahəsi 1097 kvadratmetr, ekspozisiya zalının sahəsi isə 325 kvadratmetrdir.

Burada yaradılmış 7 bölmədə Şamaxının qədim və müasir dövrlərinə aid 1061 eksponat nümayiş etdirilir. Ümumiyyətlə, Tarix-Diyarşünaslıq Muzeyində 8392 əsas, 600 yardımçı eksponat vardır. Muzeydə XVIII əsrdə alman səyyahları tərəfindən çəkilən şəkillər əsasında hazırlanmış Şamaxı şəhərinin maketi, rayonun fauna və florasını əks etdirən təbiət guşəsi yaradılıb. Mədəniyyət ocağının həyətində Şamaxının tanınmış 12 şəxsiyyətinin büstü qoyulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti