...

Gürcüstanın radikal müxalifət liderləri Kutaisidə etiraz aksiyası keçirəcəklər

Siyasət Materials 21 Dekabr 2009 16:40 (UTC +04:00)
Gürcüstanın radikal müxalifət partiyalarının liderləri bazar ertəsi Tbilisidə "Redisson" mehmanxanasının qarşısında toplaşaraq etiraz aksiyasında iştirak etmək üçün Kutaisiyə gedəcəklər.
Gürcüstanın radikal müxalifət liderləri Kutaisidə etiraz aksiyası keçirəcəklər

Gürcüstan, Bakı, 21 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın radikal müxalifət partiyalarının liderləri bazar ertəsi Tbilisidə "Redisson" mehmanxanasının qarşısında toplaşaraq etiraz aksiyasında iştirak etmək üçün Kutaisiyə gedəcəklər. "Gürcüstan Yolu" partiyasının məlumatına görə, bu barədə qərar müxalifət liderlərinin "Prima Vera" mehmanxanasındakı toplantısı ərəfəsində qəbul olunub.

Müxalifət bildirir ki, Böyük Vətən müharibəsi iştirakçıları abidəsinin partladılması nəticəsində iki nəfərin həlak olması ilə əlaqədar bazar ertəsindən etibarən kütləvi etiraz aksiyaları başlayacaq.

Hökumət abidənin dağıdılmasının və onun yerində parlamentin yeni binasının inşa edilməsinin vacibliyini izah edib, lakin 25 metrlik abidənin partladılması nəticəsində qırıntılardan biri bir neçə yüz metr kənara sıçrayaraq ana və qızının - Cinçaradzelərin üstünə düşüb. Səkkiz yaşlı Nino hadisə yerindəcə vəfat edib, anası isə xəstəxanada dünyasını dəyişib.

Bazar günü Kutaisi şəhər hakimiyyətinin binası qarşısında müxalifət nümayəndələrinin etiraz aksiyası təşkil olunub. Onlar hakimiyyəti günahlandırıblar və yalnız faciədə bilavasitə günahkarları deyil, həmçinin abidənin qəfil partladılmasına əmr verənlərin də cəzalandırılmasını tələb ediblər.

Xəbər lenti

Xəbər lenti