...

Azərbaycan Parlamenti sədrinin sabah İrana səfəri başlayır

Siyasət Materials 19 Fevral 2010 16:36 (UTC +04:00)
"Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti fevralın 20-dən 22-dək İran İslam Şurası Məclisi sədrinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olacaq", - cümə günü Trend News-a Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Azərbaycan Parlamenti sədrinin sabah İrana səfəri başlayır

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamenti sədrinin sabah İrana rəsmi səfəri başlayır.

"Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti fevralın 20-dən 22-dək İran İslam Şurası Məclisi sədrinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olacaq", - cümə günü Trend -a Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri Eldar İbrahimov, Şəmsəddin Hacıyev, Hadi Rəcəbli, deputatlardan Əli Əhmədov, Asəf Hacıyev, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər müddətində Milli Məclisin sədri İranın qanunvericilik orqanında olacaq, ölkənin İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparacaq. "Nümayəndə heyətimizin İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad, ölkənin xarici işlər naziri Mənuçöhr Müttaki və Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi ilə bir sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimizin inkişafı barədə söhbətlər aparılacaq" , - məlumatda vurğulanır.

Səfər müddətində parlament nümayəndə heyətinin üzvləri Təbriz şəhərində də olacaq, Şərqi Azərbaycan vilayətinin ostandarı Əhməd Əlirza Beygi və ölkənin dini rəhbərinin buradakı nümayəndəsi, Təbriz cümə namazının rəhbəri ayətullah Möhsün Müctəhid Şəbüstəri ilə görüşlərdə ikitərəfli əməkdaşlıq barədə fikirlərini bölüşəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti