...

Azərbaycanın penitensiar müəssisələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 10 fakt aşkarlanıb

Siyasət Materials 1 Aprel 2010 13:46 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, həmin faktlar əsasında 50 qrama yaxın heroin, 4 qram marixuana, 10 qramdan çox tiryək müsadirə olunub.
Azərbaycanın penitensiar müəssisələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 10 fakt aşkarlanıb

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan penitensiar müəssisələrində cari ilin birinci rübündə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 10 fakt aşkarlanıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, həmin faktlar əsasında 50 qrama yaxın heroin, 4 qram marixuana, 10 qramdan çox tiryək müsadirə olunub.

Xidmətdən bildirilib ki, Novruz Bayramı günlərində - martın 24 və 28-də 6 saylı cəzaçəkmə müəssisəsində müəssisəyə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş tədbirlər nəticəsində 46,4 qram heroin götürülüb.

Martın 19-da Qobustan həbsxanasında, 25-də isə 2 saylı cəzaçəkmə müəssisəsində məhkumlara mobil telefonların ötürülməsinin qarşısı alınıb.

Aşkar olunmuş faktlarla bağlı materiallar aidiyyətı istintaq orqanlarına göndərilib.

Xəbər lenti

Xəbər lenti