...

ABŞ-da Azərbaycan Demokratik Respublikasının 92-ci ildönümü qeyd olunub (FOTO)

Siyasət Materials 18 May 2010 12:21 (UTC +04:00)
Amerikanın Kaliforniya ştatının İrvin şəhərində yerli administrasiyanın, Azərbaycan və türk icmasının nümayəndələrinin iştirakı ilə Azərbaycan Demokratik Respublikasının yaranmasının 92-ci ildönümü qeyd olunub.
ABŞ-da Azərbaycan Demokratik Respublikasının 92-ci ildönümü qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir Ü.Sadıqova/

Amerikanın Kaliforniya ştatının İrvin şəhərində yerli administrasiyanın, Azərbaycan və türk icmasının nümayəndələrinin iştirakı ilə Azərbaycan Demokratik Respublikasının yaranmasının 92-ci ildönümü qeyd olunub. Bu barədə Azərbaycan - Amerika Şurasının (AAŞ) məlumatında deyilir.

Tədbiri açan AAŞ-nin baş direktoru Cavid Hüseynov Yaxın Şərqdə və islam dünyasında ilk dünyəvi demokratik dövlət kimi Azərbaycanın tarixi rolu haqda danışıb.

Azərbaycan Demokratik Respublikası 1918-ci il mayın 28-də yaranıb və təkcə Azərbaycanda deyil, həm də bütün Şərqdə ilk demokratik respublika olub. ADR parlament idarəetmə formasına malik olub və bayraq, gerb və himn kimi dövlət atributları da mövcud idi. Respublika 23 aydan sonra - 1920-ci il aprelin 28-də Bakının 11-ci "qırmızı ordu" tərəfindən işğal olunması ilə əlaqədar süquta uğrayıb.

Tədbirdə çıxış edən Nevada ştatının vitse-qubernator postuna namizəd, əslən azərbaycanlı Pol Murad demokratik tarixi dəyərlərin Azərbaycan xalqının dünyagörüşünün formalaşmasına təsiri, özünün ABŞ-ın ictimai-siyasi həyatında iştirak etmək barədə qərarından danışıb.

Tədbirin musiqi proqramını tanınmış Azərbaycan vokalçısı Cavid Hüseyn müşayiət edib.

Orinc dairəsi administrasiyasının nümayəndələri Azərbaycan Demokratik Respublikasının yaranmasının 92-ci ildönümü münasibətilə AAŞ-yə təbrik bəyannaməsi göndəriblər.

Respublika günü - dövlət müstəqilliyinin bərpası günü Azərbaycanda 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur.

Xəbər lenti

Xəbər lenti