...

Türkiyənin bölgədəki rolunun artması onu beynəlxalq münasibətlər sistemində aparıcı dövlətlər sırasına çıxarıb - Azərbaycanın hakim partiyası

Siyasət Materials 18 May 2010 16:27 (UTC +04:00)
Azərbaycanın hakim partiyasının icra katibinin müavini hesab edir ki, Türkiyənin bölgədəki rolunun artması onu beynəlxalq münasibətlər sistemində aparıcı dövlətlər sırasına çıxarıb.
Türkiyənin bölgədəki rolunun artması onu beynəlxalq münasibətlər sistemində aparıcı dövlətlər sırasına çıxarıb - Azərbaycanın hakim partiyası

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyasının icra katibinin müavini hesab edir ki, Türkiyənin bölgədəki rolunun artması onu beynəlxalq münasibətlər sistemində aparıcı dövlətlər sırasına çıxarıb.

"Türkiyənin getdikcə artan iqtisadi potensialı bu ölkəyə imkan verir ki, bu və ya digər məsələlərlə əlaqədar mövqeyini ortaya qoysun və öz maraqları baxımından fəaliyyət göstərsin. Türkiyənin güclənməsi, beynəlxalq münasibətlərdə rolunun artması Azərbaycan üçün olduqca əhəmiyyətlidir", - Trend-in məlumatına görə, çərşənbə axşamı Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına partiyanın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Qurbanlının sözlərinə görə, vaxtilə ümummilli lider Heydər Əliyevin "bir millət iki dövlət" prinsipi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

"Ona görə də Türkiyənin güclənməsi istər-istəməz Azərbaycanın da maraqlarının beynəlxalq miqyasda qorunmasına müsbət təsirini göstərir. Təbii ki, Azərbaycan bu gün bölgənin lider dövlətidir. Ölkəmiz öz maraqlarını qorumaqda kifayət qədər gücə malikdir. Amma buna baxmayaraq, Azərbaycanın müttəfiqlərinin də güclü olması bizim üçün əhəmiyyətlidir", - hakim partiya funksioneri əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti