...

Hazırda Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində yeganə vasitəçi deyil - rusiyalı politoloq

Siyasət Materials 20 May 2010 18:29 (UTC +04:00)
Hazırda Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində yeganə vasitəçi deyil. Rusiya Strateji Araşdırmalar İnstitutunun (RSAİ) Qara dəniz-Xəzər Analitik-məlumat mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru Eduard Popov belə hesab edir.
Hazırda Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində yeganə vasitəçi deyil - rusiyalı politoloq

Аzərbaycan,Bakı, 20 may /Trend, müxbir Y.Ostapenko/

Hazırda Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində yeganə vasitəçi deyil. Rusiya Strateji Araşdırmalar İnstitutunun (RSAİ) Qara dəniz-Xəzər Analitik-məlumat mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru Eduard Popov belə hesab edir.

Popov son bir neçə il ərzində danışıqlar prosesində cüzi irəliləyiş müşahidə olunduğunu qeyd edib. "Mən üç il bundan öncə qəbul olunmuş Madrid prinsiplərini və buna Azərbaycan və Ermənistan prezidentləri tərəfindən baxılmasını nəzərdə tuturam", - o deyib.

"Etiraf etmək çox çətin olsa da, qeyd etməliyik ki, Dağlıq Qarabağ probleminin həlli prosesi qısamüddətli deyil", - politoloq hesab edir. O, buna nümunə olaraq, Kipr problemi, Fələstin məsələsini göstərib. "Təəssüf ki, bütün bu münaqişələrin həlli prosesi uzun müddətdir davam edir. Buna oxşar münaqişələr çox acınacaqlıdır və onların sülh danışıqları çərçivəsində öz həllini tapmaması nəinki regional ölkələrin, eləcə də bir çox hegemon dövlətlərin maraqlarına toxunacaq güclü partlayışa səbəb olacaq", - Popov deyib.

Politoloqun fikrincə, hər iki tərəf mövcud vəziyyəti dərk etməli və münaqişənin sülh yolu ilə həllini tapmağa səy göstərməlidirlər.

Hazırda danışıqlar prosesi böyük oyunçular - Minsk qrupu həmsədrləri arasında Ermənistan və Azərbaycan prezidentlərinin göstərdiyi səylərə uyğun olaraq aparılır. Lakin bütün layihələr və sazişlər ATƏT-in Minsk qrupu tərəfindən qəbul olunur.

Türkiyənin Minsk qrupunun həmsədr ölkələri sırasına qoşulmasını politoloq az ehtimal olunan hesab edir.

"Ankarada danışıqlar aparılan zaman Türkiyənin Minsk qrupunda dördüncü tərəf kimi deyik, bu danışıqlar prosesində iştirakçı kimi çıxış edəcəyi barədə müzakirələr aparılıb", - rusiyalı politoloq deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti