...

Gürcüstanın Milli Şurası müxalifət qüvvələri ilə məsləhətləşmələrə başlayır

Siyasət Materials 31 May 2010 14:50 (UTC +04:00)
Yerli seçkilərin ilkin nəticələrinin elan olunmasından sonra Milli Şura müxalifət qüvvələrinə məsləhətləşmələrə başlamağı təklif edir. Bu haqda dünən gecə brifinqdə Milli Şuranın nümayəndəsi Kaxa Kukava bəyan edib.
Gürcüstanın Milli Şurası müxalifət qüvvələri ilə məsləhətləşmələrə başlayır

Gürcüstan, Tbilisi, 31 may /Trend, müxbir N.Kirsxaliya/

Yerli seçkilərin ilkin nəticələrinin elan olunmasından sonra Milli Şura müxalifət qüvvələrinə məsləhətləşmələrə başlamağı təklif edir. Bu haqda dünən gecə brifinqdə Milli Şuranın nümayəndəsi Kaxa Kukava bəyan edib.

Onun sözlərinə görə, seçkilərin nəticələri birgə təhlil ediləcək və gələcək fəaliyyətin strategiyası planlaşdırılacaq.

Həmçinin, Milli Şura Mərkəzi Seçki Komitəsinin Tbilisi üzrə keçirilən seçkilərin nəticələrini səhərə qədər açıqlamağa çağırıb. Kukavanın sözlərinə görə, paytaxt üzrə ilkin nəticələrin vaxtında elan edilməsi onların obyektiv olması və  saxtalaşdırılması şanslarının azalmasının müəyyən bir qarantına çevriləcək.

Xəbər lenti

Xəbər lenti