...

İyunun 8-də Gürcüstan Prezidenti Nikolya Sarkozi ilə görüşəcək

Siyasət Materials 7 İyun 2010 12:34 (UTC +04:00)
İyunun 8-də həmkarı Nikolya Sarkozi ilə görüşmək üçün Gürcüstan Prezidenti Mixail Saakaşvili Fransaya səfər edəcək. Bu barədə Trend-ə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
İyunun 8-də Gürcüstan Prezidenti Nikolya Sarkozi ilə görüşəcək

Gürcüstan,Tbilisi, 7 iyun /Trend, müxbir N.Kirsxaliya/

İyunun 8-də həmkarı Nikolya Sarkozi ilə görüşmək üçün Gürcüstan Prezidenti Mixail Saakaşvili Fransaya səfər edəcək. Bu barədə Trend-ə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Səfərin əsas məqsədi Fransa və Gürcüstan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın yeni mərhələsinə keçiddir.

Üçgünlük səfər çərçivəsində Gürcüstan Prezidenti Fransanın Baş naziri Fransua Fiyon və xarici işlər naziri Bernar Kuşnerlə görüş keçirəcək.

İyunun 8-də Paris Siyasi Elmlər İnstitutunda Mixail Saakaşvilinin çıxışı planlaşdırılıb.Tədbirdə iştirak etmək istəyənlərin sayı 500 nəfəri keçib.
Gürcüstan Prezidenti, həmçinin, Parisdə Gürcüstanın mədəniyyət günləri çərçivəsində keçirilən tədbirlərdə iştirak edəcək.

Saakaşvili artıq Parisdədir və dünən Fransa hökumətinin dəvəti ilə tennis üzrə "Rollan Qarros" turnirinin final oyununda olub. Oyundan sonra Gürcüstanın Prezidenti və birinci xanım Sandra Rulove ispan Rafael Nadalın qalib gəldiyi oyunda iştirak edən İspaniya kraliçası Sofiya ilə də görüşüblər.

Xəbər lenti

Xəbər lenti