...

ABŞ Azərbaycanla əlaqələri genişləndirmək və dərinləşdirmək istəyir – Barak Obama

Siyasət Materials 7 İyun 2010 15:12 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obamanın Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts tərəfindən bazar günü Prezident İlham Əliyevə çatdırılan məktubunda, Azərbaycan liderinə Əfqanıstanda [sülhyaratma missiyasında] dəstəyə görə minnətdarlığını bildirib və Azərbaycan - Amerika əlaqələrinin genişlənməsi və dərinləşəcəyinə ümidvarlığını ifadə edib.
ABŞ Azərbaycanla əlaqələri genişləndirmək və dərinləşdirmək istəyir – Barak Obama

Azərbaycan, Bakı, 7 iyun / Trend , müxbir A.Qasımova/

ABŞ Prezidenti Barak Obamanın Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts tərəfindən bazar günü Prezident İlham Əliyevə çatdırılan məktubunda, Azərbaycan liderinə Əfqanıstanda [sülhyaratma missiyasında] dəstəyə görə minnətdarlığını bildirib və Azərbaycan - Amerika əlaqələrinin genişlənməsi və dərinləşəcəyinə ümidvarlığını ifadə edib.

"Birləşmiş Ştatlar Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında çəkisi olan töhfəsini etiraf edir". - "Reuters" agentliyi tərəfindən dərc olunan məktubda deyilir. - "Ümid edirəm, biz yaxın aylar və illər ərzində münasibətlərimizi genişləndirə və dərinləşdirə bilərik".

Obama Azərbaycanın ABŞ, Rusiya və Fransanın vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini yüksək qiymətləndirir və ölkəni güc tətbiq etməkdən çəkindirir. "Hesab edirəm, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Cənubi Qafqaz regionunda uzunmüddətli sabitliyin bərpa olunması üçün mühüm önəm kəsb edir; onun nəticələrinin dəstəklənməsi isə Birləşmiş Ştatlar üçün prioritet olaraq qalacaq".

Obama öz məktubunda hərbi qulluqçularını Əfqanıstana göndərdiyinə, ABŞ və NATO qüvvələrinin tranziti üçün ərazisini və hava məkanını açdığına görə Azərbaycana təşəkkürünü bildirib.

"Liderlik rolunun Azərbaycana məxsus olduğu Cənubi Qafqaz dəhlizinin inkişafı da regionda çiçəklənməyə və qlobal enerji təhlükəsizliyinin təmin olunmasına kömək edir", - Obama yazır.

Xəbər lenti

Xəbər lenti