...

Beynəlxalq dəstək olmadan yaxın gələcəkdə Qırğızıstanda idarəolunmaz vəziyyət yaranacaq - ekspert

Siyasət Materials 15 İyun 2010 12:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

Beynəlxalq dəstək olmadan yaxın gələcəkdə Qırğızıstanda idarəolunmaz vəziyyət yaranacaq. Mərkəzi Asiya üzrə alman ekspert Mixael Laubş belə hesab edir.

"Fikrimcə, ATƏT münaqişənin həll edilməsində daha fəal rol oynamalıdır: əvvəla bütün iştirakçı tərəflər bu təşkilatın üzvüdür və hamı eyni masa arxasında oturur. Digər tərəfdən isə bu, ATƏT-i ona üzv olan ölkələrin ərazisində təhlükəsizliyi təmin edə bilən təşkilat kimi sübüt edə bilər", - Trend-ə elektron poçtla alman qeyri-hökumət təşkilatı ETG-nin (Eurasian Transition Group) rəhbəri Laubş bildirib.

Qırğızıstanda toqquşmalar aprel ayında Kurmanbek Bakiyev hökumətinin devrilməsi nəticəsində başlayıb. Hazırda müvəqqəti prezident vəzifəsində Roza Otunbayeva əyləşib.

Qırğızıstanın cənubunda toqquşmalar iyunun 11-nə keçən gecə başlayıb. Hakimiyyət indiyədək vəziyyəti nəzarət altına ala bilməyib. Son məlumatlara görə, Oş və Cəlalabad vilayətlərində ölənlərin sayı 171 nəfər çatıb. Qırğızıstan cənubda asayişi bərpa etmək üçün Rusiyadan kömək istəyib. Bu barədə müvəqqəti hökumətin rəhbəri Otunbayeva bəyan edib.

Rusiyanın Qırğızıstandakı Kant aviasiya bazasına bazar günü 3 hərbi-nəqliyyat təyyarəsi İL-76 gəlib. Təyyarələr HDQ-nin gücləndirilmiş 31-ci desant briqadasını gətiriblər. Bu barədə "İnterfaks"a rus güc strukturlarındakı mənbə məlumat verib.

"ABŞ Vyanadakı danışıqlarla yanaşı, daima Moskvadakı həmkarları ilə əlaqədə olmalıdır", - Laubş hesab edir.

Ekspertə görə, bu dialoq olmadan ABŞ regiona təsr imkanını itirə bilər.

Ekspert daha sonra qeyd edib ki, Rusiyanın təkbaşına müdaxiləsi isə heç də yaxşı qərar olmayacaq.

"Hazırda vəziyyətin necə cərəyan edəcəyini demək çətindir. Lakin Qırğızıstanın hökumət qüvvələrinin ölkənin cənubunu idarə edə bilməyəcəyindən ehtiyatlanıram. Bundan başqa, Özbəkistn hökumətinin özbək və qırğızlar arasında etnik gərginliyin artacağı və ya hazırkı vəziyyətdə qalacağı təqdirdə münasibətinin necə olacağını demək çox çətindir", - ekspert vurğulayıb.

Xəbər lenti

Xəbər lenti