...

Knesset başqalarının münaqişələrinə müdaxilə etməməlidir – parlament fraksiyasının rəhbəri

Siyasət Materials 23 İyun 2010 09:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir Ü.Sadıxova/

"Erməni soyqırımı" məsələsi tarixçilərin işidir və buna görə də ona parlamentdə, ələlxüsus da Knessetdə deyil, müvafiq beynəlxalq strukturlarda baxılmalıdır. İsrail Parlamentinin "İsrail bizim evimizdir" (İBE) partiyasının deputatı Robert İlatov belə hesab edir.

"Knesset insan hüquqları üzrə beynəlxalq tribunal deyil. "Erməni soyqırımı" məsələsi tarixi məsələdir və ona müvafiq beynəlxalq strukturlarda baxılmalıdır", - Trend-ə telefonla İBE-nin Knessetdəki fraksiyasının sədri İlatov bildirib.

"Belə məsələlər bu və ya digər parlamentdə lobbiləşmə səviyyəsində müzakirə edilməməlidir. Buna beynəlxalq hüquq institutlarında hər iki tərəfin sübut və dəlilləri əsasında baxılmalıdır", - o deyib.

İsrail KİV-i məlumat verib ki, "soyqırım" Türkiyə və İsrail münasibətlərinin kəskin pisləşməsi fonunda yenidən Knessetin gündəliyinə çıxarılıb. Münasibətlər mayın 31-də İsrail Hərbi Dəniz Qüvvələrinin Qəzza bölgəsinə humanitar yardım aparan "Azadlıq donanması"na etdiyi basqından sonra kəskin şəkildə pisləşib. Basqın nəticəsində 9 nəfər, o cümlədən 8 türk və 1 ABŞ vətəndaşı həlak olub.

"Erməni soyqırımı" məsələsi "Meres" hərəkatından olan deputat Haim Oronun təşəbbüsü ilə ilyarım bundan əvvəl Knessetin plenar iclasında qalıdırılıb. Orada bu məsələ üzrə müzakirənin Xarici işlər və müdafiə komitəsində müzakirə edilməsi haqqında qərar qəbul edilib.

"Hər bir deputat yarım ildən sonra plenar iclasda eyni mövzunu müzakirəyə çıxarmaq hüququna malikdir. Odur ki, deputat Oron növbəti dəfə "soyqırım" məsələsini qaldıran zaman müzakirənin təxirə salınması haqdqına qərar qəbul edilib", - parlamentin xarici işlər komitəsinin üzvü İlatov bildirib.

Deputatların bir hissəsi həmin məsələnin müzakirəsinin Təhsil komitəsinə göndərilməsi barədə çıxış ediblər, belə ki, o, tarixi xarakter daşıyır.

Lakin plenar iclasda "soyqırım" üzrə razılığın əldə edilməməsinə görə məsələ parlamentin reqlament komissiyasına verilib ki, o da məsələnin hansı komitədə müzakirə ediləcəyini müəyyən edəcək.

Knessetin deputatı hesab edir ki, Ankaranın siyasətinə görə əksər deputatların "erməni soyqırımı"nın müzakirəsi və tanınmasına tərəfdar çıxmalarına baxmayaraq, bu məsələdə Qüdsün (Yerusəlim) rəsmi mövqeyinə təsiri İsrail-Türkiyə münasibətlərinin gərginləşməsi göstərə bilər.

"Biz bu məsələni yubandırmaq istəyirik, belə ki, İsrailin rəsmi mövqeyi hələ ki dəyişməz qalıb. İsrail münasibətlərin kəskinləşməsini istəmir və Türkiyə ilə dialoqu əvvəlki səviyyəyə qaytarmaq istəyir", - İlatov əlavə edib və bildirib ki, o, bu məsələnin gündəlikdən çıxarılması üçün xarici işlər komitəsində görə çıxış edəcək.

Deputatın fikrincə, Knesset "soyqırım" məsələsinə qarışmamalıdır, belə ki, onun bu məsələyə aydınlıq gətirmək üçün səlahiyyəti çatmır.

Ermənistan və erməni lobbisi bəyan edirlər ki, Türkiyənin sələfi Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Bunun dünyada tanınmasını arzulayan ermənilər dünya ölkələrində "soyqırım" adlandırılan faktın təbliğini gücləndirərək bəzi ölkə parlamentlərinin onu tanımasına nail olublar.

Martda ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində saxta "erməni soyqırımı" qətnaməsini qəbul etməyi qərara alıblar. Analoji qərar Riksdaq - İsveç Parlamentinin Xarici əlaqələr komitəsində də qəbul edilib.

"Əgər tərəflərdən biri özünü zərərçəkmiş qismində hiss edirsə, onda o, müvafiq qurumlara müraciət etməlidir. Yerusəlimin rəsmi mövqeyi belədir və çətin ki, bu, dəyişsin", - İlatov qeyd edib və İsrailin Ankara ilə münasibətlərin gələcək pisləşməsində maraqlı olmadığına işarə edib.

Knessetin mövqeyinə ABŞ-ın İsrail yönümlü konqresmenlərinin fikri də təsir etməyəcək. Onlar Türkiyəni xəbərdar ediblər ki, Türkiyə İsraillə bağlı münasibətlərini yumşaltmayanadək, "soyqırım" məsələsinin müzakirəsinin qarşısını almayacaqlar.

"Bizim özümüzün də çoxlu problemimiz var və buna görə də hesab edirik ki, başqalarının münaqişələrinə müdaxilə etməməliyik", - İlatov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti