...

Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları ötən ay axtarışda olan 82 nəfəri saxlayıb

Siyasət Materials 5 İyul 2010 16:51 (UTC +04:00)
DSX-nin mətbuat mərkəzindən bazar ertəsi Trend-ə verilən məlumata görə, iyun ayında sərhədçilər tərəfindən 31 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb və 47 nəfər saxlanılıb.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları ötən ay axtarışda olan 82 nəfəri saxlayıb

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir T.Hacıyev/

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları ötən ay axtarışda olan 82 nəfəri saxlayıblar.

DSX-nin mətbuat mərkəzindən bazar ertəsi Trend-ə verilən məlumata görə, iyun ayında sərhədçilər tərəfindən 31 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb və 47 nəfər saxlanılıb.

Tutulan sərhəd pozucularının 34 nəfəri Azərbaycan, 7-si Gürcüstan, 4-ü İran, 1-i Türkiyə, 1-i Banqladeş vətəndaşıdır.

Sərhəd rejim qaydalarını pozduqlarına görə 30 halda 66 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Axtarışda olan 82 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.

Narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ay ərzində 7 halda 53 kiloqram 308 qram narkotik maddə aşkar edilərək götürülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində 80 halda ümimi dəyəri 1074 558 manat olan qaçaqmal, 100 900 ABŞ dolları, 300 min ədəd rənglənmiş 500-lük Avro, 200 039 ədəd rənglənmiş yüzlük ABŞ dolları, 49 ədəd mobil telefon, 420 qutu siqaret, 780 ədəd dərman preparatları, 372 ədəd tibb ləvazimatı, çoxsaylı müxtəlif spirtli içkilər, ərzaq və sənaye malları, mobil telefonlar üçün aksesuarlar, 55 xırdabuynuzlu mal-qara və s. götürülüb.

Xəbər lenti

Xəbər lenti