...

"Kuwait Times" qəzetində Azərbaycan səfirinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı silsilə məqalələri dərc edilib

Siyasət Materials 22 İyul 2010 20:30 (UTC +04:00)
Küveytin və Körfəz regionunun aparıcı ingilisdilli qəzeti olan "Kuwait Times"ın 20 və 21 iyul tarixli nömrələrində "Nümunəvi Küveyt-Azərbaycan əlaqələri" və "Ermənistan-Azərbaycan münaqişəsi: təcavüz və işğal" adı altında səfir Şahin Abdullayevin silsilə məqalələri dərc edilib.
"Kuwait Times" qəzetində Azərbaycan səfirinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı silsilə məqalələri dərc edilib

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Küveytin və Körfəz regionunun aparıcı ingilisdilli qəzeti olan "Kuwait Times"ın 20 və 21 iyul tarixli nömrələrində "Nümunəvi Küveyt-Azərbaycan əlaqələri" (Kuwait-Azerbaijan ties "a role model") və "Ermənistan-Azərbaycan münaqişəsi: təcavüz və işğal" (Armenian-Azerbaijan conflict: occupation and aggression) adı altında səfir Şahin Abdullayevin silsilə məqalələri dərc edilib. Bu barədə Azərbaycanın Küveytdəki səfirliyinin məlumatında deyilir.

Küveyt-Azərbaycan əlaqələrinin formalaşması və inkişafı prosesi ilə başlayan məqalədə müəllif tərəfindən Küveytin və Azərbaycanın təcrübəsindəki xarici təcavüz və işğal amilləri arasında müqayisə və paralellər aparılaraq, əsas diqqət Azərbaycanın Qarabağ regionunun qədim və orta əsrlər tarixinə, Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsi, 1805-ci ildə Rusiya imreyasının işğalından əvvəl Qarabağ xanlığındakı demoqrafik vəziyyət, Çar Rusiyasının apardığı süni inzibati-ərazi bölgüsü nəticəsində Azərbaycanın İrəvan və Naxçıvan xanlıqlarının ərazisində Ermənistan adlı inzibati ərazi vahidinin təsis olunması kimi məqamlara və Ermənistan-Azərbaycana münaqişəsinin cari vəziyyətinə yönəldilib.

SSRİ-in dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı təcavüzünün geniş miqyas aldığını diqqətə çəkən səfir məqalədə Sumqayıt hadisələri, Xocalı faciəsi, erməni terrorizmi və mülki Azərbaycan əhalisinin ermənilər tərəfindən qətlə yetirilməsi faktlarına geniş yer ayırıb.

Münaqişənin tənzimlənməsi barədə Azərbaycanın mövqeyini açılayan müəllif bunun BMT Təhlükəsizlik Şurasının, BMT Baş Assambleyasının, ATƏT və İKT-nin müvafiq qətnamələrinə əsaslandığını qeyd edərək, danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqe tutduğunu və danışıqlar prosesini əngəllədiyini nəzərə çatdırır.

Bu ilin mayında Azərbaycanın işğal olunmuş ərazilərində "seçkilər"in keçirilməsi faktına diqqəti çəkən səfir Ermənistanın bu addımının BMT, ATƏT, Avropa İttifaqı, İKT kimi beynəlxalq təşkilatlar və ABŞ, Rusiya, Fransa, İran, Gürcüstan və digər dövlətlər tərəfindən pisləndiyini nəzərə çatdırır və Avropa İttifaqı Parlamentinin Cənubi Qafqaz regionu barədə son hesabatı, İKT-nin bu ilin mayında Düşənbədə keçirilmiş nazirlər şurasının qətnamələri, Torontoda keçirilmiş "Böyük səkkizliy"in toplantısında Rusiya, ABŞ və Fransa prezidentlərinin bəyanatı barədə məlumat verir.

İKT-nin Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələrinin dini həmrəylikdən irəli gəlməsi barədə Ermənistanın əsassız iddialarına cavab verərək, müəllif İKT-nin hökumətlərarası siyasi təşkilat olduğunu və qərar və qətnamələrini qəbul edən zaman beynəlxalq hüququn prinsiplərinə və BMT-nin nizamnaməsinə əsaslandığını vurğulayır.

Məqalədə Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurları və iqtisadi çiçəklənməsi barədə məlumat verən səfir iqtisadiyyatı tənəzzül vəziyyətdə olan, demoqrafik problemlərlə üzləşən və özünü təcrid edən Ermənistanın bu vəziyyətdən çıxış yolunun heç bir perspektivi olmayan işğalçılıq siyasətindən əl çəkməsi olduğunu diqqətə çatdırır.

Xəbər lenti

Xəbər lenti