...

Gürcüstan parlamentinin keçmiş deputatı Cənubi Koreya vətəndaşına qarşı fırıldaqçılıqda günahlandırılaraq saxlanılıb

Siyasət Materials 7 Avqust 2010 17:42 (UTC +04:00)
Gürcüstan parlamentinin keçmiş deputatı Nikoloz Kvezereli polis tərəfindən fırıldaqçılıqda günahlandırılaraq saxlanılıb.
Gürcüstan parlamentinin keçmiş deputatı Cənubi Koreya vətəndaşına qarşı fırıldaqçılıqda günahlandırılaraq saxlanılıb

Gürcüstan, Tbilisi, 7 avqust/Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan parlamentinin keçmiş deputatı Nikoloz Kvezereli polis tərəfindən fırıldaqçılıqda günahlandırılaraq saxlanılıb.

O, fırıldaqçılıqda və Cənubi Koreya vətəndaşı Çen Xo Pakın mülkiyyətini mənimsəməkdə günahlandırılır. Bu barədə şənbə günü Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.

Nazirliyin məlumatına görə, Kvezereli 140 min dollar dəyəri olan avtomobili, eləcə də 250 min dolları guya torpaq sahəsinin alınmasına və 10 000 dolları hərracın koreyalıya məxsus torpaq sahəsinə köçürülməsinə söz verərək mənimsəyib.

"Omeqa" xüsusi təyinatlı dəstənin keçmiş birinci komandiri Kvezereli, nazir İqor Qiorqadzenin vaxtında xüsusi təyinatlı dəstəyə rəhbərlik edib. O, 90-cı illərin ortalarında adam oğurluğuna görə məhkum olunub. Sonradan parlamentin iki çağırışda deputatı olub.

Kvezereli saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib.

DİN Gürcüstana 8,5 milyon dollarla gələn və Kvezerliyə görə quruşsuz qalmasını bildirən Çen Xo Pakın kadrlarını göstərib.

Saxlanılan şəxsin günahı məhkəmədə sübut olunsa, onu 20 ilədək həbs cəzası gözləyir.

Xəbər lenti

Xəbər lenti