...

Rumıniyada küçəyə azərbaycanlı alimin adı verilib

Siyasət Materials 11 Avqust 2010 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir S.Ağayeva/

Rumıniya Tekirqel şəhərinin mərkəzi küçələrindən biri Azərbaycanın Rumıniyadakı Səfirliyinin və Heydər Əliyev Fondunun bu ölkədəki nümayəndəliyinin təşəbbüsü ilə azərbaycanlı alim Bəkir Çobanzadənin şərəfinə adlandırılıb.

Bu münasibətlə mərasimdə çıxış edən şəhər meri iştirakçılara azərbaycanlı alimin həyat və fəaliyyətindən danışaraq, mərkəzi küçələrdən birinin azərbaycanlı alimin şərəfinə adlandırılması ilə bağlı şəhər rəhbərliyinin qərarını şəhərin türk və tatar icmalarının dəstəklədiyini qeyd edib. Bu barədə Azərbaycanın Rumıniyadakı Səfirliyinin məlumatında deyilir.

Gələcəkdə bu küçədə alimin büstünün qoyulması planlaşdırılıb.

Rumıniya Parlamentində tatar icmasının nümayəndəsi Ələddin Amet səfirliyə və Fondun nümayəndəliyinə təşəbbüsə görə minnətdarlığını bildirərək, türk və tatar icmalarının kompakt yaşadıqları Konstans vilayətinin Məcidiyyə şəhərinin mərkəzi parklarından birinin də azərbaycanlı alimin adını daşıyacağını bildirib.

Səfirliyin əməkdaşı Fəxri Kərimli Tekirqel bələdiyyəsinə və Rumıniya hakimiyyətinə azərbaycanlı alimin adının əbədiləşdirilməsinə görə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti