...

Azərbaycanın hakim partiyasının rəhbərliyi Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinə baş çəkib

Siyasət Materials 12 Avqust 2010 18:23 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədovun rəhbərliyi ilə YAP nümayəndə heyəti Biləsuvar rayonuna səfər edərək, Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ilə görüşüb.
Azərbaycanın hakim partiyasının rəhbərliyi Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinə baş çəkib

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir T.Hacıyev/

Hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədovun rəhbərliyi ilə YAP nümayəndə heyəti Biləsuvar rayonuna səfər edərək, Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ilə görüşüb.

Trend-in hakim partiyanın internet saytına istinadən verdiyi məlumata görə, cümə axşamı keçirilən görüşdə YAP icra katibinin müavini Mübariz Qurbanlı, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov, Milli Məclisin komitə sədri Hadı Rəcəbli, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov iştirak ediblər.

Şəhidin atası Ağakərim İbrahimovla görüş zamanı Əli Əhmədov bildirib ki, dövlət başçısı İlham Əliyev tərəfindən Mübariz İbrahimovun Millı Qəhrəman adına layiq görülməsi onun şərəfli döyüş yoluna verilən ən böyük qiymətdir.

"Bu gün Azərbaycanda hamı Mübarizi tanıyır, bütün gənclərimiz ondan danışır. Nə qədər ki, torpaqlarımız işğaldan azad edilməyib, Azərbaycan öz ərazilərini geri qaytarmayıb, bizim Mübariz kimi qəhrəmanlara ehtiyacımız var. O, öz qəhrəmanlığı ilə bütün dünyaya sübut etdi ki, Azərbaycan öz torpaqlarını geri qaytaracaq və bunun üçün Azərbaycanın qəhrəman övladları, canını bu torpaqların yolunda hər an qurban verməyə hazır olan igidlərimiz var. Mübariz Azərbaycana gərəkli olan çox gözəl bir nümunə göstərdi. Öz həyatını qurban vermək bahasına olsa belə, sübut etdi ki,  torpaqlarımızı işğaldan azad etməyə qadirik. Onun bu qəhrəmanlığı hər birimiz üçün nümunədir", - Əhmədov əlavə edib.

YAP sədrinin müavini bildirib ki, Mübarizin qəhrəmanlığı hər bir Azərbaycan gənci üçün nümunə olmalıdır:

"Hər bir gənc Mübarizin əməllərini, qəhrəmanlığını təkrar etməyə hazır olmalıdır. Nə qədər ki, torpaqlarımız işğaldan azad olmayıb, nə qədər ki, torpaqlarımızdan mənfur düşmən qovulub-çıxarılmayıb, hər bir gəncin qəlbində bir Mübariz qəhrəmanlığı yaşamalıdır", - Əhmədov deyib.

İbrahimov iyunun 18-da Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısını alaraq, qəhrəmanlıq göstərib. Nəticədə, 5 erməni hərbçisini öldürüb, 3-nü yaralayıb.

Xəbər lenti

Xəbər lenti