...

Azərbaycan Prezidenti Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 131-165-ci kilometrlik hissəsinin açılışında iştirak edib

Siyasət Materials 12 Avqust 2010 18:37 (UTC +04:00)
Prezident İlham Əliyev avqustun 12-də Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 131-165-ci kilometrlik hissəsinin açılışında iştirak edib.
Azərbaycan Prezidenti Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 131-165-ci kilometrlik hissəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev avqustun 12-də Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 131-165-ci kilometrlik hissəsinin açılışında iştirak edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, asfalt-beton örtüklü yolun istismara verilən hissəsinin uzunluğu 34 kilometr, eni 7,5 metrdir. İki hərəkət zolaqlı yolda körpülər də əsaslı şəkildə yenidən qurulub.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib. Dövlətimizin başçısına burada quraşdırılmış Çıraqqala tarixi memarlıq abidəsinin və qədim Şabranın maketi barədə də məlumat verilib.

Prezident İlham Əliyev inşaatçıları təbrik edib, tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti

Xəbər lenti