Azərbaycan Prezidenti İlham Əliyev Macarıstan Prezidenti Pal Şmittə Macarıstanın milli bayramı - Müqəddəs İştvan günü münasibətilə təbrik məktubu göndərib. Məlumatı cümə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və öz adımdan Macarıstanın milli bayramı - Müqəddəs İştvan günü münasibətilə ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Macarıstan münasibətlərinin inkişafı, dostluq əlaqələrimizin möhkəmlənməsi, istər ikitərəfli qaydada, istərsə də Avropa strukturları çərçivəsində əməkdaşlığımızın dərinləşməsi prosesləri bundan sonra da ardıcıl şəkildə davam edəcəkdir", - məktubda qeyd olunub.
İlham Əliyev Pal Şmittə möhkəm cansağlığı, işlərində uğurlar, dost Macarıstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.