...

Azərbaycanın hakim partiyası NATO təlimləri ilə bağlı Türkiyənin Ermənistanla sərhədi açacağına inanmır

Siyasət Materials 24 Avqust 2010 12:15 (UTC +04:00)
Azərbaycanın hakim partiyası NATO təlimləri ilə bağlı Türkiyənin Ermənistanla sərhədi açacağına inanmır.
Azərbaycanın hakim partiyası NATO təlimləri ilə bağlı Türkiyənin Ermənistanla sərhədi açacağına inanmır

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim partiyası NATO təlimləri ilə bağlı Türkiyənin Ermənistanla sərhədi açacağına inanmır.

"Həm Azərbaycan, həm türk cəmiyyətləri hər iki xalq üçün mühüm əhəmiyyət kəsb edən məsələ ilə bağlı mövqelərini bildiriblər. Bundan sonra Türkiyə ilə Ermənistan arasında sərhədlərin, Ermənistan tərəfindən işğal edilən torpaqlar azad olunmayınca,  açılmasının mümkünlüyü ağlabatan deyil", - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib.

Qeyri-rəsmi dairələrdə bildirilir ki, Türkiyə 2010-cu il sentyabrın 11-dən 17-dək Ermənistanda keçiriləcək NATO hərbi təlimləri çərçivəsində Türkiyə-Ermənistan sərhədlərinin qismən və müvəqqəti açılması imkanını istisna etmir, lakin Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu bu informasiyanı təkzib edib.

Türkiyə ilə Ermənistan arasında sərhədlər 1993-cü ildə Yerevanın "erməni soyqırımı"nın dünyada tanınması iddiaları və Ermənistan SQ-nin Azərbaycan ərazilərini işğal etməsi səbəbindən bağlanıb.


Əhmədov deyib ki, iki ölkə arasnda dostluğa xələl gətirmək üçün Ermənistan tərəfindən çox müxtəlif təxribatlar hazırlanır.

"Bu, mütəmadi olaraq, guya Ermənstan ilə Türkiyə arasında sərhələrin açılması haqqında informasiyanın sızılmasıdır. Mən belə hesab edirəm ki, Azərbaycan cəmiyyəti olaraq, biz Türkiyə hakim dairələrinin sərhədlərinin açılmasının Azərbaycanın torpaqlarının azad edilməsindən sonra mümkün olacağına dair verdikləri bəyanatlara hörmət, etibarla yanaşmalıyıq", - Əhmədov əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. 1990-cı illərdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti