Gürcüstan, Tbilisi, 31 avqust /Trend, müxbir N.Kirsxaliya/
Bu gündən etibarən keçmiş Qoqebaşvili küçəsinin bir hissəsi yenidən Bakı adlandırılacaq. Bu barədə Trend-ə Sakrebulonun (yerli idarəetmə orqanı) sədri Georgi Kirtadze bildirib.
1892-ci ildən 1954-cü ilə qədər bu küçənın adı Bakı olub.
Kirtadzenin sözlərinə görə, Sakrebulonun bütün üzvləri küçənin belə adlandırılmasını və onun tarixi adının qaytarılmasını yekdilliklə dəstəkləyiblər. "Bu, Batumi sakinləri tərəfindən alqışlanan doğru qərardır", - Kirtadze deyib.