...

Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri birgə görüş keçirəcəklər – Türkiyə XİN nümayəndəsi

Siyasət Materials 2 Sentyabr 2010 16:14 (UTC +04:00)
Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirləri - Elmar Məmmədyarov, Mənuçöhr Müttəki və Əhməd Davudoğlu İran, Naxçıvan və Türkiyə sərhədində üçtərəfli görüş keçirməyi planlaşdırırlar.
Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri birgə görüş keçirəcəklər – Türkiyə XİN nümayəndəsi

Аzərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir R.Hafizoğlu/

Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirləri - Elmar Məmmədyarov, Mənuçöhr Müttəki və Əhməd Davudoğlu İran, Naxçıvan və Türkiyə sərhədində üçtərəfli görüş keçirməyi planlaşdırırlar. Bu barədə Trend-ə Türkiyə xarici işlər nazirinin rəsmi nümayəndəsi Osman Sert bildirib.

Görüşün dəqiq tarixi hələlik müəyyən edilməyib. Sertin sözlərinə görə, görüşdə məqsəd qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsidir.

Xəbər lenti

Xəbər lenti