...

Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı müqaviləyə dəyişikliklər haqqında imzalanmış protokola Qafqazda sabitliyin qorunub-saxlanması mövqeyindən baxmaq lazımdır - Prezident Dmitri Medvedev

Siyasət Materials 4 Sentyabr 2010 02:55 (UTC +04:00)
Rusiya üçün Qafqazda sabitliyin qorunub saxlanması çox vacibdir. Rusiya Qafqaz ölkəsi, Xəzəryanı ölkədir. Biz ən yaxın qonşumuz və dostumuz Azərbaycan ilə münasibətlər quranda məhz buna əsaslanırıq, bunu sentyabrın 3-də Bakıdakı mətbuat konfransında Rusiya Prezidenti Dmitri Medvedev Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı müqaviləyə dəyişikliklər haqqında imzalanmış Rusiya-Ermənistan protokolunu şərh edərək bildirib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Buna görə burada sülh və asayiş olması hamımızın marağına uyğundur. Mənim Ermənistana səfərim zamanı qəbul edilmiş qərara, yəni Ermənistanda Rusiyanın hərbi bazasının olması haqqında müvafiq sazişin qüvvədə olması müddətinin artırılması məsələsinə də məhz bu mövqedən baxmaq lazımdır. Burada hər hansı gizli və ya başqa mülahizələr yoxdur. Həmin baza sülhü və asayişi təmin etməyə, sabitliyi qoruyub saxlamağa, bu gün mövcud olan bütün mürəkkəbliklərin azalmasına xidmət edir və bağlanmış saziş çərçivəsində imkanlarımızı və səlahiyyətlərimizi həyata keçirərkən biz məhz bu mövqedən çıxış edəcəyik. Sazişdə heç bir prinsipial yenilik yoxdur, onun yalnız bir mənası var: həmin bazanın orada olacağı illərin sayı müəyyən qədər artırılır. Mən əminəm ki, biz mümkün olan bütün imkanları burada, Qafqazda, Cənubi Qafqazda ümumi vəziyyətin sağlamlaşdırılmasına yönəldəcəyik. Mən öz tabeliyimdə olanlara - həmin bazanın təminatı məsələləri ilə məşğul olan müvafiq nazirliklərin, idarələrin rəhbərlərinə də məhz bu cür təlimatlar verəcəyəm", deyə Rusiya Prezidenti bildirib.

Dmitri Medvedevin sözlərinə görə, Azərbaycan Prezidenti ilə aparılmış danışıqlarda bu məsələ barədə kifayət qədər ətaflı danışılıb.

"Biz gələcəkdə də burada, bizim regionda təhlükəsizliyin təmin edilməsinə aid bütün məsələlər barədə fəaliyyətimizi, fikir mübadiləsini sıx əlaqələndirəcəyik", deyə Rusiya Prezidenti qeyd edib.

Xəbər lenti

Xəbər lenti