...

Yeni tədris ilinin başlanması ilə bağlı Bakı Yol Polisi bir sıra tədbir həyata keçirəcək

Siyasət Materials 13 Sentyabr 2010 15:31 (UTC +04:00)
Azərbaycanda yeni tədris ilinin başlanması ilə bağlı Dövlət Yol Polisi bir sıra tədbir həyata keçirəcək
Yeni tədris ilinin başlanması ilə bağlı Bakı Yol Polisi bir sıra tədbir həyata keçirəcək

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir T.Hacıyev/

Yeni tədris ilinin başlanması ilə bağlı Bakı Yol Polisi bir sıra tədbirlər həyata keçirəcək. Bu barədə bazar ertəsi Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev məlumat verib.

"Yeni tədris ilinin başlanması ilə bağlı paytaxtın 11 rayonu ərazisində, əsasən də mərkəzi küçələrdə, məktəblərin qarşısında yol polisi işini gücləndirəcək. Azyaşlı uşaqların məktəbə axını ilə bağlı təhlükəsizlik təmin ediləcək", - Hənifəyev əlavə edib.

DYP rəsmisi paytaxtda tədris ilinin başlanması ilə əlaqədar paytaxtda ehtimal olunan nəqliyyat sıxlığı barədə də danışıb.

"Yay mövsümünün başa çatması ilə əlaqədar şəhərə axın çoxalıb. Bağlardan və rayonlardan bir çox insan təhsil üçün paytaxta üz tutur. Sıxlıq olsa da, aradan qaldırılacaq. Hər hansı problem olarsa, Dövlət Yol Polisi həmin problemin qarşısını almağa qadirdir", - Hənifəyev bildirib.

Sentyabrın 15-də Azərbaycanda 2010-2011-ci tədris ili başlayır.

Xəbər lenti

Xəbər lenti