...

Ermənistan müdafiə nazirinin yeni birinci müavini təyin olunub

Siyasət Materials 2 Oktyabr 2010 15:07 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyan David Tonoyanın Ermənistan müdafiə nazirinin birinci müavini təyin olunması barədə fərman imzalayıb.
Ermənistan müdafiə nazirinin yeni birinci müavini təyin olunub

Аzərbaycan, Bakı, 2 oktyabr /Trend/

Ermənistan Prezidenti Serj Sarkisyan David Tonoyanın Ermənistan müdafiə nazirinin birinci müavini təyin olunması barədə fərman imzalayıb. Bu barədə "Mediamaks" agentliyi prezidentin mətbuat-xidmətinə istinadən məlumat verib.

2007-ci ildən David Tonoyan Ermənistan Müdafiə Nazirliyinin müdafiə siyasəti idarəsinə rəhbərlik edib. 1992-1994-cü illərdə Ermənistan Daxili İşlər Nazirliyində, 1994-cü ildən isə Ermənistan Silahlı Qüvvələrinin bölmələrində xidmət edib.

Ermənistan Prezidentinin digər fərmanına əsasən, general-mayor Vladimir Qasparyan Müdafiə Nazirliyinin hərbi polis rəisi vəzifəsindən azad olunaraq müdafiə nazirinin müavini təyin olunub.

Xəbər lenti

Xəbər lenti