...

Avropa Şurasında TÜRKSOY-un rəsm sərgisi keçirilir

Siyasət Materials 5 Oktyabr 2010 17:12 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı - TÜRKSOY oktyabrın 4-8-də qurumun əsas binasında "TÜRKSOY rəsm sərgisi" keçirir.
Avropa Şurasında TÜRKSOY-un rəsm sərgisi keçirilir

Fransa, Strasburq, 5 oktyabr /Trend, müxbir A.Məhərrəmli/

Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı - TÜRKSOY oktyabrın 4-8-də qurumun əsas binasında "TÜRKSOY rəsm sərgisi" keçirir. Bu barədə Trend-ə çərşənbə axşamı Azərbaycanın TURKSOY-dakı təmsilçisi Elçin Qafarlı məlumat verib.

2010-cu il "Mədəniyyətlərarası dialoq ili" çərçivəsində keçirilən bu sərgi türk mədəniyyətini dünyaya tanıtmaq məqsədilə təşkil olunub.

AŞ PA sessiyası çərçivəsində keçirilən sərgidə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, habelə Rusiya Federasiyasına daxil olan Tatarıstan, Başqırdıstan, Tuva, Altay, Saxa/Yakutiya, Xakasiya, Moldovanın Qaqauz Yeri, Ukraynanın Krım Muxrar Vilayəti, Bolqarıstan və digər ölkələrdən olan rəssamların seçilmiş əsərləri nümayiş etdirilir.

Xəbər lenti

Xəbər lenti