...

Azərbaycanın dövlət operatorları seçki məntəqələrini etibarlı rabitə və internet şəbəkəsi ilə təmin ediblər

Siyasət Materials 1 Noyabr 2010 18:07 (UTC +04:00)
Paytaxtdakı seçki məntəqələri etibarlı, arasıkəsilməz telefon rabitəsi və internet şəbəkəsi ilə təchiz ediliblər.
Azərbaycanın dövlət operatorları seçki məntəqələrini etibarlı rabitə və internet şəbəkəsi ilə təmin ediblər

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir H.Vəliyev/

Paytaxtdakı seçki məntəqələri etibarlı, arasıkəsilməz telefon rabitəsi və internet şəbəkəsi ilə təchiz ediliblər. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən məlumat verilib.

Analoji işlər regional səviyyədə "Aztelekom" İstehsalat Birliyi tərəfindən də görülüb.

Seçki prosesinin şəffaflığını təmin etmək üçün 500 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Onların 189-u Bakının 29 seçki darəsində, 34-ü Sumqayıt və Abşeron yarımadasının 5 seçki dairəsində, 25-i Naxçıvan Muxtar Respublikasının 7 seçki dairəsində, qalanları isə respublikanın digər regionlarında quraşdırılıb.

Səsvermənin gedişi "onlayn" rejimdə mümkün olacaq, bu, seçicilərə seçki məntəqələrindən gələn nəticələri interaktiv şəkildə izləmək imkanı verəcək.

İnformasiya hər bir seçki məntəqəsindən dairə seçki komissiyalarına, sonra isə "Seçkilər" mərkəzinin informasiya şəbəkəsinə ötürüləcək.

Səsvermə prosedurunun avtomatlaşdırılması üçün Dövlət Avtomatlaşdırılmış "Seçkilər" İnformasiya Sistemindən istifadə ediləcək. Sistemin əsas funksiyaları bunlardır: səsvermənin gedişinin əks olunması, protokolların kompüterin məlumat bazasına daxil edilməsi, deputatların və siyasi partiyaların adlarının daxil edilməsi, dairə seçki komissiyalarında protokollara yekun vurulması.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti