...

Azərbaycanda seçki siyahılarına daxil edilməmiş seçicilərin səsverməsi təmin olunacaq - MSK sədri

Siyasət Materials 6 Noyabr 2010 18:45 (UTC +04:00)
Azərbaycanda adları seçki siyahılarına daxil edilməmiş seçicilərin səsverməsi təmin olunacaq. Bu barədə şənbə günü parlament seçkilərinə hazırlığa həsr olunmuş yekun mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
Azərbaycanda seçki siyahılarına daxil edilməmiş seçicilərin səsverməsi təmin olunacaq - MSK sədri

Azərbaycan, Bakı, 6 noyabr / Trend müxbiri M.Əliyev /

Azərbaycanda adları seçki siyahılarına daxil edilməmiş seçicilərin səsverməsi təmin olunacaq. Bu barədə şənbə günü parlament seçkilərinə hazırlığa həsr olunmuş yekun mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

"Seçki komissiyalarının vəzifələrinə həmin dairələrin ərazilərində yaşayan adamların səsvermələrinin təmin olunması daxildir, lakin onların adları seçki siyahılarına daxil olunmayıb", - Pənahov deyib.

MSK sədri həmçinin hamını sayıq olmağa və parlament seçkiləri zamanı istənilən pozuntu cəhdləri barədə Mərkəzi Seçki Komissiyasına məlumat verməyə çağırıb.

Parlament seçkilərində mübarizəni 690 namizəd aparacaq, Pənahov deyib.
Onun sözlərinə görə, seçkilərin gedişini müşahidə etmək üçün 46 639 yerli müşahidəçi qeydə alınıb.

"Bütün ölkə üzrə seçkilərin gedişini müşahidə edəcək 3466 nəfərdən 102 nəfər siyasi partiyalardan, 560 nəfər - QHT-lərdən, üç nəfər - namizədlərdən, qalanları - öz istəyinə görə irəli sürülüb. Müəyyən dairələr üzrə 43173 müşahidəçi müvafiq dairə seçki komissiyaları tərəfindən akkreditə edilib", - Pənahov deyib.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 5314 seçki məntəqələri təşkil edilmiş 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti