...

Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib

Siyasət Materials 7 Noyabr 2010 16:29 (UTC +04:00)
Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,66 faizi seçkilərdə iştirak edib. Bu barədə 38 saylı Dairə Seçki Komisiyasından məlumat verilib. Məlumata görə, təcridxanada saxlanılan 600 nəfərin 400-ü səsvermədə iştirak edib.
Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib

Azərbaycan, Gəncə, 7 noyabr /Trend, müxbir V.Məmmədov/

Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,66 faizi seçkilərdə iştirak edib. Bu barədə 38 saylı Dairə Seçki Komisiyasından məlumat verilib. Məlumata görə, təcridxanada saxlanılan 600 nəfərin 400-ü səsvermədə iştirak edib.

Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparır.

Azərbaycanda parlament seçkiləri mojaritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Səsvermə yerli vaxtla 19:00-da başa çatacaq.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti