...

Azərbaycanda parlament seçkiləri azad və ədalətli seçkilər kimi müsbət qiymətləndirilə bilər - GUAM

Siyasət Materials 8 Noyabr 2010 11:59 (UTC +04:00)
GUAM-ın müşahidə missiyası Azərbaycanda parlament seçkilərini azad və ədalətli seçkilər kimi qiymətləndirir.
Azərbaycanda parlament seçkiləri azad və ədalətli seçkilər kimi müsbət qiymətləndirilə bilər - GUAM

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir Т.Konyayeva/

GUAM-ın müşahidə missiyası Azərbaycanda parlament seçkilərini azad və ədalətli seçkilər kimi qiymətləndirir.

"Azərbaycanda parlament seçkiləri ATƏT və Aİ öhdəlikləri və standartları, həmçinin milli qanunvericilik, Azərbaycan MSK tərəfindən işlənib hazırlanmış qaydalar və prosedurlar da daxil olmaqla beynəlxalq öhdəliklər və demokratik seçki standartlarına uyğun təşkil olunub və keçirilib", - bu barədə bazar ertəsi Trend-ə GUAM missiyasının rəhbəri, təşkilatın baş katibi Valeri Çeçelaşvili deyib.

Onun sözlərinə görə, seçki prosesi və seçki məntəqələrində komissiyanın fəaliyyətinə gəldikdə isə, GUAM-ın müşahidə qrupu pozuntulara rast gəlməyib.

"Seçkilər sakit və rəqabətli mühitdə keçib", - Çeçelaşvili deyib.

Noyabrın 7-də Azərbaycanda parlament seçkiləri keçirilib. Seçici fəallığı 50,14 faiz (2480205 seçici) təşkil edib. Bu barədə Trend-ə Azərbaycan MSK yanında "Seçkilər" İnformasiya Mərkəzindən məlumat verilib.

MSK-nın rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparıb.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Xəbər lenti

Xəbər lenti