...

Elxan Poluxov: Ermənistan XİN-i savadsız botanikin ixtiyarına verilən eksperimental botanika bağı hissi yaradır

Siyasət Materials 10 Noyabr 2010 13:27 (UTC +04:00)
Yüksək rütbəli erməni məmuru Şavarş Koçaryanın son şərhini oxuyarkən elə bir hiss yaranır ki, o, sanki "xəyal fabrikində" yaşayır və nəticələrini keçmiş elmi axtarışları sayəsində yetişdirilən personajları üçün bildirir. Bunu çərşənbə gün Trend-ə nazirliyin mətbuat katibi Elxan Poloxov Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın bəyanatını şərh edərkən bildirib.
Elxan Poluxov: Ermənistan XİN-i savadsız botanikin ixtiyarına verilən eksperimental botanika bağı hissi yaradır

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

Yüksək rütbəli erməni məmuru Şavarş Koçaryanın son şərhini oxuyarkən elə bir hiss yaranır ki, o, sanki "xəyal fabrikində" yaşayır və nəticələrini keçmiş elmi axtarışları sayəsində yetişdirilən personajları üçün bildirir. Bunu çərşənbə gün Trend-ə nazirliyin mətbuat katibi Elxan Poluxov Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın bəyanatını şərh edərkən bildirib.

"Yüksək rütbəli diplomatın zooloji intellektualizmi botanik primitizmi ilə birgə dünya diplomatiya təcrübəsində qəbul olunduğu kimi məntiqi qurulan və arqumentləşdirilmiş müzakirələr üçün bütün imkanları göstərir", - Poluxov bildirib.

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın erməni KİV-ə bildirdiyinə görə, Azərbaycan tərəfi həyasızcasına Mayndorf və Həştərxanda imzalanan sənədlərə zidd fəaliyyət göstərir. Nazir müavini bildirib ki, Həştərxan bəyannaməsi əsir düşənlərin və həlak olanların cəsədlərinin mübadiləsi yolu ilə etimad tədbirlərinin möhkəmləndirilməsini nəzərdə tutur. Lakin Koçaryanın fikrincə, Azərbaycan "bu prosesdən tam dəqiqliklə əksinə - gərginliyin gücləndirilməsi üçün istifadə edir".

"Görünür, Koçaryanın personajları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın ədalətli və əsaslandırılmış mövqeyinə dünyada artan dəstəyə qarşı müqavimət göstərməyin perspektivsizliyini dərk etməkdə gücsüz olan və vəziyyətdən hətta diplomatik olmayan istənilən çıxış axtaran Ermənistan XİN-i üçün vacibdir", - Poluxov bildirib.

BMT, ATƏT, AŞ, İKT və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və sənədləri və hətta Madrid prinsiplərinin yenilənmiş variantı Azərbaycanın mövqeyinin dəstəklənməsi və suveren dövlətin ərazilərinin işğalının pislənməsindən bəhs edir.

"Əgər özünü xarici işlər nazirinin müavini adlandıran adam bütün bunlardan sonra danışıqlar prosesinin mahiyyəti və təfərrüatlarını bilmədən yalnız alçaq əyarlı təhqirlərdən ibarət "intellektual" fikirlərlə çıxış etməyi özünə rəva bilirsə, istər-istəməz Ermənistan diplomatik idarəsi rəhbərliyinin səviyyəsi barədə düşünməli olursan", - Poluxov bildirib.

Onun sözlərinə görə, əlbəttə ki, belə məsul dövlət vəzifələrinə kimləri təyin etmələri erməni siyasi rəhbərliyinin işidir.

"Lakin elə təəssürat yaranır ki, Ermənistan XİN savadsız botanikin iltizamına verilən və intellektual müstəvidə gah pestisidlərdən, gah da herbisidlərdən, ola bilsin ki, genetik modifikasiya olunmuş məhsullardan son dərəcə sui-istifadə etməsi üzündən alaq otu fantaziyasına coşğun artım verdiyi botanika bağını xatırladır. Görünür, məntiq və dəlillər burada kömək etmir, daha radikal, tibbi müdaxilə lazımdır", - Poluxov bildirib.

Xəbər lenti

Xəbər lenti