...

İran istehsalı olan "Camaran" esminesi ilk dəfə olaraq beynəlxalq sularda üzəcək

Siyasət Materials 24 Noyabr 2010 13:18 (UTC +04:00)
İranın Hərbi Dəniz Qüvvələri komandanlığının siyasi idarəsinin rəisi Səlaceqe Ənsari iranlı mütəxəssislərin istehsal etdiyi "Camaran" eskadra mina tral gəmisinin (esmines) ilk dəfə olaraq beynəlxalq sularda üzəcəyinə dair məlumat verib.
İran istehsalı olan "Camaran" esminesi ilk dəfə olaraq beynəlxalq sularda üzəcək

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir T.Cəfərov/

İranın Hərbi Dəniz Qüvvələri (HDQ) komandanlığının siyasi idarəsinin rəisi Səlaceqe Ənsari iranlı mütəxəssislərin istehsal etdiyi "Camaran" eskadra mina tral gəmisinin (esmines) ilk dəfə olaraq beynəlxalq sularda üzəcəyinə dair məlumat verib. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat verir.

"Noyabrın 28-də İran HDQ-nin yaradılmasının ildönümü münasibəti ilə ilk dəfə olaraq "Camaran" mina tral gəmisi beynəlxalq sularda üzmək üçün göndəriləcək", - Ənsari jurnalistlərə açıqlamasında deyib.

Ənsarinin sözlərinə görə, həmin gün münasibəti ilə HDQ-nin yeni hərbi layihələrinin də açılış mərasimi keçiriləcək. O, yeni layihələrin nədən ibarət olduğunu açıqlamayıb.

"Camaran" mina gəmisi İran mütəxəssisləri tərəfindən hazırlanıb və istehsal edilib. FARS informasiya agentliyi esminesi "ən böyük müdafiə layihəsi" adlandırıb. "Camaran" suyun üzərində, altında və havada yerləşən hədəflərlə döyüşmək qabiliyyətinə malikdir. Bundan əlavə, esminesin bortunda vertolyot yerləşdirmək mümkündür. Gəmi "elektron müharibə"də də istifadə oluna bilər.

Xəbər lenti

Xəbər lenti