...

İordaniyada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Siyasət Materials 29 Noyabr 2010 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

İordaniyada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.

Azərbaycanın İordaniyadakı səfirliyinin bazar ertəsi yaydığı məlumata görə, bu münasibətlə Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı bu ölkənin Mədəniyyət Nazirliyində nazirliyin baş katibi (nazir müavini) Ciris Səmavi ilə birgə mətbuat konfransında iştirak edib.

Səmavi Azərbaycan-İordaniya münasibətlərinin tarixindən, ölkələrimiz arasındakı mədəni əlaqələrin yüksək səviyyədə olmasından danışıb.

O, bu sahədə iki ölkə arasında 2006-cı ildə Kral II Abdullahın respublikamıza səfəri zamanı imzalanmış saziş, habelə noyabrın 30-dan başlayaraq İordaniyada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçiriləcək tədbirlər haqqında məlumat verib.

Ölkəmizin tarixindən, mədəniyyətindən bəhs edən, İordaniya-Azərbaycan əlaqələrinin inkişafında ölkələrimizin başçılarının roluna toxunan səfir Araslı səfirliyin fəaliyyəti ərzində mədəni əlaqələrimizin inkişafı istiqamətində görülən işlər haqqında qısa məlumat verib.

Səfir yerli KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb, Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində paytaxt Əmmanda və Zərka şəhərlərində keçiriləcək tədbirlər, habelə incəsənət qrupları haqqında ətraflı məlumat verib.

Xəbər lenti

Xəbər lenti