...

Azərbaycan Prezidenti Tailandın kralını milli bayram münasibətilə təbrik edib

Siyasət Materials 4 Dekabr 2010 16:05 (UTC +04:00)
Azərbaycan Prezidenti Tailandın kralını milli bayram münasibətilə təbrik edib
Azərbaycan Prezidenti Tailandın kralını milli bayram münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Tailandın kralını milli bayram münasibətilə təbrik edib. Məlumatı şənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb. Azərbaycan Prezidenti İlham Əliyevin Bhumibol Adulyadejə ünvanladığı məktubda Tailandın milli bayramı - Təvəllüd günü münasibətilə təbriklərini bildirib.

Azərbaycan Prezidenti ümid etdiyini bildirib ki, Azərbaycan ilə Tailand arasındakı münasibətlər iki xalqın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Xəbər lenti

Xəbər lenti