...

İordaniyada ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Siyasət Materials 8 Dekabr 2010 14:20 (UTC +04:00)
İordaniyada ümummilli lider Heydər Əliyevin vəfatının yeddinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
İordaniyada ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Azərbaycan, Bakı, 8 dekabr /Trend, muxbir M.Əliyev/

İordaniyada ümummilli lider Heydər Əliyevin vəfatının yeddinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Ümummilli lider Heydər Əliyevin vəfatının yeddinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfirliyində yerli ictimaiyyət nümayəndələri, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin və Azərbaycan icmasının üzvlərinin iştirakı ilə anım mərasimi keçirilib. Məlumatı çərşənbə günü Azərbaycanın İordaniyadakı səfirliyi yayıb.

Ümummilli lider Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.

Mərasimi giriş sözü ilə açan Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov çıxışında ümummilli liderimizin Azərbaycan elminə, xüsusən də AMEA-nın inkişafına verdiyi misilsiz töhfələrdən bəhs edib.

Mərasimdə Azərbaycan xalqının ümummilli liderinin həyat və fəaliyyətinə həsr olunmuş videosüjetlər nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti