...

Azərbaycanda AŞPA-nın xüsusi məruzəçisinin ölkədəki "siyasi məhbuslar" barədə bəyanatını qeyri-obyektiv hesab edirlər

Siyasət Materials 1 Fevral 2011 13:48 (UTC +04:00)
Azərbaycan Parlamentinin vitse-spikeri Ziyafət Əsgərov AŞPA-nın xüsusi məruzəçisi, alman deputat Kristofer Ştrasselin ölkədəki "siyasi məhbuslar" haqqında bəyanatını qeyri-obyektiv hesab edir.
Azərbaycanda AŞPA-nın xüsusi məruzəçisinin ölkədəki "siyasi məhbuslar" barədə bəyanatını qeyri-obyektiv hesab edirlər

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin vitse-spikeri Ziyafət Əsgərov AŞPA-nın xüsusi məruzəçisi, alman deputat Kristofer Ştrasselin ölkədəki "siyasi məhbuslar" haqqında bəyanatını qeyri-obyektiv hesab edir.

"Avropada insanı siyasi məhbus hesab edən meyarlar müəyyən edilməyib və mən istərdim ki, beynəlxalq strukturlar bu meyarları əsaslandırsınlar", - Əsgərov çərşənbə axşamı Parlamentin yaz sessiyasının iclasında bildirib. Onun sözlərinə görə, beynəlxalq təşkilatların "siyasi məhbus" adlandırdıqları bütün məhbuslar konkret cinayətlərə görə saxlanılıblar.

Siyasi məhbuslar üzrə AŞPA-nın xüsusi məruzəçisi Kristofer Ştrassel təşkilatın qış sessiyası zamanı Azərbaycanı sərt tənqid edib.

AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da Ştrasselin dediklərini əsassız sayır.

"Azərbaycanda həmişə insan haqlarının təmin olunmasına xüsusi diqqət ayrılıb və istərdik ki, Azərbaycandakı vəziyyəti araşdıran təşkilat digər ölkələrdə siyasi məhbusların olmasına göz yummasın", - Seyidov bildirib.

Onun sözlərinə görə, lakin qonşu ölkələrdəki həbsxanalarda da deputatların və jurnalistlərin saxlanmasına baxmayaraq, 47 ölkə arasında yalnız Azərbaycanın adı çəkilib. O, əlavə edib ki, bu, qeyri-obyektivdir və doğru deyil.

Alman deputat Ştrassel "siyasi məhbuslar"la bağlı hesabat hazırlamaq məqsədilə Azərbaycana səfər etməyi planlaşdırsa da, az sonra bəyan edib ki, Azərbaycanın Almaniyadakı səfirliyi guya ona viza verməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti