...

Azərbaycan Prezidenti sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrinin aparılması qaydası haqqında əsasnaməni təsdiq edib

Siyasət Materials 15 Fevral 2011 20:34 (UTC +04:00)
Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə fərman imzalayıb.
Azərbaycan Prezidenti sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrinin aparılması qaydası haqqında əsasnaməni təsdiq edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə fərman imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Nazirlər Kabinetinə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin 2011-ci il mayın 1-dən fəaliyyətə başlaması üçün zəruri olan maddi-texniki təminat məsələlərinin həlli ilə bağlı tədbirlər görmək; sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formalaşdırılması və aparılması ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə zəruri tədbirləri həyata keçirmək; üç ay müddətində: "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Ədliyyə Nazirliyinə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin 2011-ci il mayın 1-dən fəaliyyətə başlamasını təmin etmək, Azərbaycan Vergilər Nazirliyinə isə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin məlumat bazasının formalaşdırılması məqsədi ilə sahibkarlıq fəaliyyəti subyekti kimi vergi orqanlarında qeydə alınmış bütün hüquqi və fiziki şəxslər barədə qanunvericiliklə müəyyən olunmuş məlumatları Ədliyyə Nazirliyinə real vaxt rejimində ötürülməsini və daim təzələnməsini təmin etmək tapşırılıb.

Fərmanla təsdiq edilmiş əsasnamə 2011-ci il mayın 1-dən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti