Səlahiyyətlərinin icrasına başlama tarixi barədə məlumat və soyadda dəyişiklik əlavə olunub (ilk xəbər 16 fevral saat 17:14-də yayılıb)
Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir A.Qasımova/
Avropa Şurasının Bakı ofisinin rəhbəri vəzifəsinə namizədin adı artıq məlumdur. Bu, Yunanıstanın AŞ yanında keçmiş daimi nümayəndəsi, səfir Konstantin Yerokostopulosdur. Bu barədə Trend-ə çərşənbə günü AŞ-dəki mənbədən məlumat verilib.
Avropa Şurasının Bakı ofisinin rəhbəri öz səlahiyyətlərinin icrasına martın əvvəlində başlayacaq.
Yerokostopulos öz diplomatik fəaliyyətinə Yunanıstan XİN-də başlayıb, müxtəlif ölkələrdəki diplomatik missiyalarda çalışıb.
1994-cü ildə Avropa İttifaqının o vaxtkı Yuqoslaviyadakı müşahidəçi missiyasının (ECMM) başçısı, 1995-1998-ci illərdə isə Yunanıstanın Xorvatiyada, 2000-2004-cü illərdə isə İtaliyadakı səfiri vəzifələrində çalışıb.
O, 2004-2008-ci illərdə Yunanıstanın AŞ yanındakı daimi nümayəndəsi olub. 2008-ci ildə Avropa Şurası baş katibinin Serbiyadakı xüsusi nümayəndəsi vəzifəsində çalışıb.
Konstantin Yerokostopulos AŞ-də işlədiyi müddətdə təcrübəli və təmkinli diplomat kimi tanınıb.