Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir E.Hüseynov/
Vaşinqton Azərbaycan hakimiyyətinin korrupsiya əleyhinə təşəbbüsünü dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza brifinqdə bildirib.
"Biz bu islahatların dərinləşdirilməsini dəstəkləməyə hazırıq", - diplomat deyib.
Azərbaycanı Yaxın Şərq ölkələri, xüsusilə də Misirlə müqayisə edərək Brayza qeyd edib ki, demokratik islahatların aparılması vasitəsilə Azərbaycan nümunəvi dövlət ola bilər.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, 2011-ci il yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilib.