...

SAM-ın əməkdaşı Sinqapurda enerji təhlükəsizliyi ilə bağlı çıxış edəcək

Siyasət Materials 10 Mart 2011 13:05 (UTC +04:00)
SAM-ın əməkdaşı Sinqapurda enerji təhlükəsizliyi ilə bağlı çıxış edəcək
SAM-ın əməkdaşı Sinqapurda enerji təhlükəsizliyi ilə bağlı çıxış edəcək

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Gülmira Rzayeva martın 14-də Sinqapurda bu ölkənin Milli Universiteti nəzdində Enerji Məsələlərinin Araşdırılması İnstitutunda "Azərbaycan və enerji təhlükəsizliyi problemləri: Xəzər regionunun enerji məhsullarının ixracının geosiyasəti" adlı məruzə ilə çıxış edəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı SAM-ın mətbuat xidmətindən bildirilib.

SAM-ın əməkdaşı məruzəsində son zamanlar Azərbaycanın neft-qaz hasilatı və karbohidrogen ehtiyatlarının nəqli yollarının diversifikasiyası sahəsində həyata keçirtdiyi uğurlu siyasət, ölkəmizin iri neft və qaz layihələrində iştirakı, regional və qlobal enerji təhlükəsizliyi kimi məsələlərdə Azərbaycanın artan rolu, həmçinin dünyanın enerji tələbatını ödəmək üçün hasilatın artırılması, əldə olunan məhsulların ixraca yönəldilməsi, nəqletmə, beynəlxalq və milli neft-qaz şirkətlərinin əməkdaşlıq imkanları, Xəzər dənizində hasil olunan qazın tranzit ölkələr vasitəsilə ixracının inkişafından bəhs edəcək.

Xəbər lenti

Xəbər lenti