...

Azərbaycan ilə Avropa Şurası arasında münasibətlərin inkişafı müzakirə edilib

Siyasət Materials 4 Aprel 2011 16:39 (UTC +04:00)
Milli Məclisin sədri Oqtay Əsədov bazar ertəsi Avropa Şurasının Bakıdakı ofisinin yeni rəhbəri Konstantin Yerokostopulosla Azərbaycan ilə qurum arasında əlaqələri müzakirə edib.
Azərbaycan ilə Avropa Şurası arasında münasibətlərin inkişafı müzakirə edilib

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir M.Əliyev/

Milli Məclisin sədri Oqtay Əsədov bazar ertəsi Avropa Şurasının Bakıdakı ofisinin yeni rəhbəri Konstantin Yerokostopulosla Azərbaycan ilə qurum arasında əlaqələri müzakirə edib. Trend-in məlumatına görə, bu barədə parlamentin mətbuat xidmətindən bildirilib.

Spiker Yerokostopulosla görüşdə Avropa Şurasının bütöv bir regionun təhlükəsizliyini təhdid edən Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həllinə öz töhfəsini verəcəyinə inamını vurğulayıb.

"Təşkilatın Dağlıq Qarabağ probleminə xüsusi diqqət yetirməsi təqdirəlayiqdir. Bu məsələ ilə əlaqədar qurumun qəbul etdiyi qətnamədə Ermənistanın işğalçılıq siyasəti öz əksini tapıb", - Əsədov bildirib.

Görüşdə Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri yeni vəzifədə AŞ ilə ölkəmiz arasında münasibətlərin inkişafında səylərini əsirgəməyəcəyini vurğulayıb. O, təmsil etdiyi təşkilatın demokratiya, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycana hər cür kömək etməyə hazır olduğunu bildirib. Yerokostopulos qeyd edib ki, təşkilatın Parlament Assambleyası və onun müvafiq strukturları Azərbaycanla sıx əlaqələr saxlayır və gələcəkdə də bu əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti