Azərbaycan, Bakı, 6 may /Trend, müxbir M.Əliyev/
Azərbaycan Milli Məclisi Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına MR-in iqtisad məhkəməsinin ləğv olunması barədə dəyişikliyi qəbul edib.
Trend-in məlumatına görə, Parlamentin cümə günü keçirilən iclasında NMR-in Konstitusiyasına dəyişiklik birinci oxunuşda təsdiq edilib.
Konstitusiyanın 45-ci maddəsində edilən dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasının iqtisad məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrlə əvəz olunur.
"Dəyişiklikdə deyilir ki, NMR-in ümumi və ixtisaslaşdırılmış məhkəmələri qanunla səlahəhiyyətlərinə aid edilmiş işlər üzrə birinci instansiya məhkəmələridir", - Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.
Milli Məclis Naxçıvan MR-in iqtisad məhkəməsinin ləğv olunması barədə dəyişikliyi birinci oxunuşda qəbul edib
Azərbaycan Milli Məclisi Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına MR-in iqtisad məhkəməsinin ləğv olunması barədə dəyişikliyi qəbul edib.
