...

Azərbaycanda media sahəsində müsbət dəyişikliklər müşahidə olunur - ATƏT nümayəndəsi (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Siyasət Materials 13 May 2011 13:35 (UTC +04:00)
Azərbaycanda son ilyarım ərzində media sahəsində müsbət dəyişikliklər müşahidə olunur. Trend-in məlumatına görə, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç belə hesab edir.
Azərbaycanda media sahəsində müsbət dəyişikliklər müşahidə olunur - ATƏT nümayəndəsi (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Doqquzuncu abzasdan sonra ATƏ T-in media azadlığı üzrə nümayəndəsinin sözləri əlavə olunub (ilk xəbər saat 12:32-də yayılıb)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir T.Konyayeva/

Azərbaycanda son ilyarım ərzində media sahəsində müsbət dəyişikliklər müşahidə olunur. Trend-in məlumatına görə, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç belə hesab edir.

"Azərbaycanda son ilyarım ərzində media sahəsində müsbət dəyişikliklər müşahidə olunur, lakin əsl iş yalnız ölkədə diffamasiya haqqında qanunun qəbul edilməsindən sonra başlayacaq", - cümə günü Miyatoviç Azərbaycana dördgünlük səfərinin yekunları üzrə mətbuat konfransında bildirib.

"Mən Azərbaycan Prezidenti İlham Əliyevin internetə sərbəst çıxış məsələsi ilə bağlı mövqeyini alqışlayıram. Qeyd etmək lazımdır ki, belə vəziyyət heç də ATƏT-in bütün ölkələrində müşahidə olunmur", - Miyatoviç bildirib.

ATƏT nümayəndəsi səfər çərçivəsində həm yüksək səviyyədə, həm də Azərbaycanın müdia nümayəndələri ilə görüşlər keçirib.

"Azərbaycanda müəyyən işlər görülməlidir, mətbuatda təxribatçı mövzular qaldırmaq və fikir plüralizmini təmin etmək vacibdir. Fikrimcə, Azərbaycan hökuməti bu nöqteyi-nəzərlə razılaşacaq və bu problemlərə maksimum diqqət ayırmağa hazır olduğunu bəyan edəcək", - Miyatoviç bildirib.

Onun sözlərinə görə, Azərbaycan bir çox ölkələr kimi informasiyaların ötürülməsinin bəzən təxribat xarakteri daşıdığı informasiya texnologiyaları dövrünə daxil olub.

ATƏT nümayəndəsinin sözlərinə görə, Azərbaycan rəqəmli sferaya kifayət qədər sürətlə uyğunlaşır. O, bildirib ki, sadə vətəndaşların jurnalistlərə münasibətini də dəyişmək lazımdır.

"Jurnalistlərə qarşı əməllərin cəzasızlığı daha böyük zorakılıq dalğası doğurur", - Miyatoviç qeyd edib.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi ölkəni tərk etdikdən sonra da Azərbaycanda bu sahədə baş verən prosesləri izləmək fikrindədir.

Miyatoviç bildirib ki, diffamasiya haqqında qanunun əsas məqsədi jurnalistlərin həbs edilməsindən qaçmaq, eləcə də KİV-ə qarşı cərimələrin daha proporsional olmasıdır.

"Azərbaycan Parlamentində bu qanun layihəsinin aktiv müzakirələrinin keçiriləcəyini, eləcə də bu qanun layihəsinin cəmiyyət tərəfindən dəstəklənəcəyini gözləyirəm", - o bildirib.

"Diffamasiya haqqında" qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Qanun layihəsini hazırlayan qrupa deputatlar, media strukturları və hüquqşünaslar daxil edilib.

Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqir və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır.

Miyatoviç hesab edir ki, jurnalistlər qərəzsiz, müstəqil olmalı və şəffaflıq təmin olunmalıdır. "Lakin onu da anlayıram ki, şəffaflığı çox tezliklə təmin etmək mümkün deyil, lakin ən azı onu müzakirə etmək vacibdir", - o deyib.

Xəbər lenti

Xəbər lenti