...

Azərbaycanın Qoşulmama Hərəkatına daxil olması təşkilatın üzvləri ilə daha səmərəli əməkdaşlığa töhfə verəcək - XİN rəhbəri (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 25 May 2011 16:52 (UTC +04:00)
Azərbaycanın Qoşulmama Hərəkatına daxil olması təşkilatın üzvləri ilə müxtəlif sahələrdə daha səmərəli əməkdaşlığa töhfə verəcək.
Azərbaycanın Qoşulmama Hərəkatına daxil olması təşkilatın üzvləri ilə daha səmərəli əməkdaşlığa töhfə verəcək - XİN rəhbəri (ƏLAVƏ OLUNUB)

Azərbaycan XİN rəhbərinin çıxışının təfərrüatları əlavə olunub (ilk xəbər saat 16:24-də yayılıb)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Qoşulmama Hərəkatına daxil olması təşkilatın üzvləri ilə müxtəlif sahələrdə daha səmərəli əməkdaşlığa töhfə verəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Balidə (İndoneziya) keçirilən Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransı və yubiley görüşündə çıxış zamanı deyib. Məlumatı Azərbaycanın XİN-in mətbuat xidməti yayıb.

Azərbaycanın xarici işlər naziri üzv ölkələrə ölkənin təşkilata daxil olması məsələsində dəstəklərinə görə təşəkkürünü bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan çoxşaxəli və balanslaşdırılmış xarici siyasət yürüdərək, özünü etibarlı tərəfdaş, həmçinin Xəzər-Qafqaz regionunda əməkdaşlıq üçün güclü, stabil və geniş anlayışda həlledici bir ölkə kimi təsbit edib.

"Azərbaycan hər zaman müxtəlif din, etnik qrup və fəlsəfələrin birgə yaşayış və tolerantlıq məkanı olub", - nazir deyib.

Məmmədyarov bildirib ki, bu il Qoşulmama Hərəkatının 50-ci ildönümüdür və təşkilat təsis edildiyi gün olduğu kimi, bu gün də aktualdır.

"Azərbaycan hərəkatın son 50 il ərzində öz üzvləri üçün həyati xarakter daşıyan məsələlərin həllində mühüm və dinamik rolunu yüksək qiymətləndirir", - nazir qeyd edib.

Azərbaycanın XİN rəhbəri əmin olduğunu bildirib ki, üzvlərinin baxışlarını birləşdirən forumdan ədalət, sülh və firavanlıq forumunadək yüksəlmiş Qoşulmama Hərəkatı gələn 50 ildə də bu gün olduğu kimi güclü olacaq və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərəcək.

Qoşulmama Hərəkatı - dünyanın 118 dövlətini hərbi bloklarda iştirak etməmək prinsipləri əsasında birləşdirən beynəlxalq təşkilatdır. Təşkilat yaradılan zaman bununla ilk növbədə NATO və Varşava müqaviləsi nəzərdə tutulub.

Qoşulmama Hərəkatı rəsmən 25 dövlət tərəfindən 1961-ci ilin sentyabrında Belqrad konfransında yaradılıb.

Təşkilata Asiya, Afrika və Latın Amerikası ölkələri, eləcə də 15 müşahidəçi ölkə daxildir. Onların sırasına Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Braziliya, Qazaxıstan, Qırğızıstan, Çin, Kosta-Rika, Meksika, Paraqvay, Salvador, Serbiya, Tacikistan, Ukrayna, Uruqvay, Xorvatiya və Monteneqro daxildir.

Xəbər lenti

Xəbər lenti