...

Aİ Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanın uğur və nöqsanlarını qiymətləndirib

Siyasət Materials 26 May 2011 14:06 (UTC +04:00)
Dünən Avropa İttifaqının illik qiymətləndirmə məruzəsi dərc olunub. Orada 2010-cu il ərzində Avropa Qonşuluq Siyasəti çərçivəsində ölkənin nail olduğu bütün uğur və nöqsanlar təhlil edilib.
Aİ Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanın uğur və nöqsanlarını qiymətləndirib

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir Y.Ostapenko/

Dünən Avropa İttifaqının illik qiymətləndirmə məruzəsi dərc olunub. Orada 2010-cu il ərzində Avropa Qonşuluq Siyasəti çərçivəsində ölkənin nail olduğu bütün uğur və nöqsanlar təhlil edilib.

"Azərbaycan makroiqtisadi siyasət və yoxsulluqla mübarizədə parlaq irəliləyiş nümayiş etdirib, eləcə də Aİ Azərbaycanın enerji sektorunun inkişafında, terrorizm və kriminal strukturlarla mübarizədə, eləcə də gender bərabərliyi ilə bağlı vəziyyətdəki uğurları qeyd edir", - Trend-in məlumatına görə, Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Rolan Kobia Bakıda mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ötən ilin iyulunda Aİ ilə Cənubi Qafqaz ölkələri arasında assosiasiyalar haqqında danışıqların başlaması müsbət məqamdır. "Aİ il ərzində irəliləyişin müşahidə olunmadığı sahələr arasında ölkədəki demokratik inkişaf və insan haqlarına hörmət sahəsini ayırır", - səfir bildirib.

Kobianın sözlərinə görə, bu sahədə narahatlıq Aİ-də müxtəlif səviyyələrdə ifadə olunub. Bunu, həmçinin Avropa Komissiyasının rəhbəri, Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı, Avropa Parlamentinin rəhbəri və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi öz çıxışlarında bəyan ediblər.

Kobia Azərbaycanın ÜTT-yə daxil olması prosesində irəliləyişin olmamasını mənfi amil kimi qeyd edib. "ÜTT-yə daxil olmaq Aİ ilə tərəfdaş ölkələr arasında azad ticarət zonalarının yaradılması üçün əsas şərtdir", - səfir deyib.

2011-ci ildəki uğurları şərh etməyin hələ tez olduğuna baxmayaraq, Kobia ölkə hökumətinin apardığı korrupsiya əleyhinə kampaniyanı böyük müsbət aspekt kimi qeyd edib.

Xəbər lenti

Xəbər lenti