...

Amsterdam məhkəməsi antiislamçı siyasətçi Vildersə bəraət verib

Siyasət Materials 23 İyun 2011 16:00 (UTC +04:00)
Cümə axşamı Amsterdam məhkəməsi millətlərarası ədavəti qızışdırmaqda və müsəlmanlara qarşı ayrı-seçkilikdə təqsirləndirilən Niderlandın hüquq siyasətçisi, antiislamçı Azadlıq Partiyasının (PVV) lideri Heert Vildersə bəraət verib.
Amsterdam məhkəməsi antiislamçı siyasətçi Vildersə bəraət verib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Cümə axşamı Amsterdam məhkəməsi millətlərarası ədavəti qızışdırmaqda və müsəlmanlara qarşı ayrı-seçkilikdə təqsirləndirilən Niderlandın hüquq siyasətçisi, antiislamçı Azadlıq Partiyasının (PVV) lideri Heert Vildersə bəraət verib. Trend-in məlumatına görə, bu barədə "Frans Press" agentliyi xəbər verib.

"Siz (Vilders) təqsirli bilindiyiniz ittihamın bütün bəndləri üzrə bəraət alırsınız", - agentlik hakim Marsel van Oostenin sözlərini qeyd edir.

"Cənab Vildersin bəyanatı hansısa şəxslərin tənqidinə tuş gələcəyini istisna etmir, lakin orada həmin insanların əqidəsini tənqid edən məqamlar var, - hakim qeyd edib. - Məhkəmə müəyyən edib ki, bu bəyanatlar qəbuledilməzdir".

Məhkəmə qərara alıb ki, siyasətçinin fikirləri "kobuddur və etinasızdır, lakin bu fikirlərdə ədavətə təhrik etmə yoxdur".

Vilders təqsirli bilinsəydi, onu 1 illik həbs cəzası və ya 7,6 min avro məbləğində cərimə gözləyə bilərdi.

Cari ilin martında Amsterdam məhkəməsi Vildersə qarşı məhkəmə prosesini bərpa etmək barədə qərar qəbul edib. Əvvəllər deyildiyinə görə, Vildersi 2008-ci ilin martında internetdə yerləşdirilən və İslam dünyasında çox mənfi reaksiyaya səbəb olan müəllifi olduğu 17 dəqiqəlik "Fitnə" adlı sənədli filmə görə mühakimə etməyə hazırlaşırdılar. Bu lentdə "Qurani-Kərim"i Adolf Hitlerin "Mayn Kampf" əsəri ilə müqayisə edən Vilders müsəlmanların müqəddəs kitabının satışını və oxunmasını qadağan etməyi təklif etmişdi.

Xəbər lenti

Xəbər lenti