...

Fransalı deputatların davranışları bu ölkənin vasitəçilik səylərinin üzərinə kölgə salır - azərbaycanlı deputat

Siyasət Materials 24 Avqust 2011 16:08 (UTC +04:00)
Fransalı deputatların Azərbaycanın Dağlıq Qarabağ regionuna səfəri bu ölkənin vasitəçilik səylərinin üzərinə kölgə salır.
Fransalı deputatların davranışları bu ölkənin vasitəçilik səylərinin üzərinə kölgə salır - azərbaycanlı deputat

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir T.Hacıyev/

Fransalı deputatların Azərbaycanın Dağlıq Qarabağ regionuna səfəri bu ölkənin vasitəçilik səylərinin üzərinə kölgə salır. Trend-in məlumatına görə, bu barədə millət vəkili Musa Qasımlı hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında bildirib.

"Fransa deputatlarının Azərbaycan hakimiyyətindən icazəsiz və xəbərsiz Azərbaycanın Dağlıq Qarabağ regionuna səfər etmələri bir neçə baxımdan təhlil edilməlidir. İlk növbədə, bu hərəkətlər BMT Nizamnaməsini, ATƏT-in normalarını kobud surətdə pozmaq deməkdir", - Qasımlı əlavə edib.

O, Fransanın özünün də daimi üzv olduğu BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcvüzünə, Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad edilməsinə dair dörd qətnamə qəbul etdiyini xatırladıb və qeyd edib ki, bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təsdiqlənir və müdafiə edilir.

"Eyni zamanda, Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Həmsədrlər, vasitəçilər tərəfsiz olmalıdır. Onlara verilən mandat çərçivəsində hərəkət etməlidirlər. Fransalı deputatların Azərbaycanın Dağlıq Qarabağ regionuna səfəri bu ölkənin vasitəçilik səylərinin üzərinə kölgə salır", - millət vəkili vurğulayıb.

Fransanın "Xalq hərəkatı uğrunda İttifaq" parlament fraksiyasının deputatı Gi Tesye Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər edib və orada separatçı rejimin nümayəndələri ilə görüşüb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti