...

Argentina Senatında Azərbaycanla dostluq qrupu yaradılıb

Siyasət Materials 25 Avqust 2011 02:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Argentina Respublikası Milli Konqresinin yuxarı palatası olan Senatda Argentina-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu yaradılıb. Bu barədə Azərbaycanın Argentinadakı Səfirliyindən Trend-ə verilən məlumatda deyilir.

Dostluq Qrupunun yaradılması ilə bağlı qətnamə Senatın sədri, eyni zamanda Argentinanın vitse-prezidenti Xulio Sesar Kobos tərəfindən imzalanıb.

Tərkibinə müxtəlif partiyaların təmsilçiləri olan 9 senatorun daxil olduğu bu dostluq qrupunun sədri "Union Civica Radical" siyasi blokunun üzvü Senatda "Elm və texnologiyalar" daimi komissiyasının sədri Pablo Verani-dir.

Bir müddət bundan əvvəl Argentina Milli Konqresinin aşağı palatası olan Deputatlar Palatasında da Azərbaycanla dostluq qrupu yaradılmışdır və hər iki qrup Azərbaycanla Argentina arasında əməkdaşlığın inkişafı və bütün sahələrdə təmasların gücləndirilməsi istiqamətində çalışacaqdır.

Məlumat üçün bildiririk ki, Argentina Milli Konqresində erməni lobbisi güclü təsir imkanlarına malikdir və Konqresin hər iki palatasında qondarma erməni soyqırımını tanıyan çoxsaylı bəyanat və qətnamələr, xüsusilə də 2007-ci ildə müvafiq qanun qəbul olunub.

Xəbər lenti

Xəbər lenti